Bakı-Sumqayıt elektrik qatarında sürət həddi endirilib

21:54 - 17 Yanvar 2019 - Xəbər

Bakı-Sumqayıt elektrik qatarında sürət həddi endirilib.

Bunu " Report"a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, bu, hava şəraiti ilə əlaqədardır. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. 

Xəbər xətti