Sevimli komandasına azarkeşlik edən uşağın videosu sosial şəbəkələrdə iki milyona yaxın baxış sayı toplayıb.
Oxu.Az xəbər verir ki, videoçarx “Sportbible” Twitter səhifəsində dərc olunub.
Şotlandiya futbol çempionatı çərçivəsində keçirilən “Reyncers” – “Seltik” matçına tamaşa edən uşaq əvvəl əl çalaraq, komandasına dəstək olub.
Ancaq komandasının qol vurmasından sonra ayağa qalxaraq “Qol” deyə sevincək şəkildə otaqda var-gəl etməyə başlayıb.
Qeyd edək ki, matçda ev sahibləri minimal hesablı qələbə qazanıb.