Ötən gecə paytaxtın Yasamal rayonunda Lev Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli iki otaqlı, taxta konstruksiyalardan ibarət evdə partlayış baş verib.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib. Hadisə ilə bağlı Baku TV-yə açıqlama verən “Azəriqaz”ın qəza xidmətinin rəisi Fərhad Qocayev partlayışın baş vermə səbəblərinin araşdırıldığını bildirib.
Partlayış nəticəsində vəfat edən 26 yaşlı Aygün Məmmədovanın nişanlı olduğu qeyd edilir.
Qonşuların sözlərinə görə, Aygün qapını açıb çölə çıxa bilməyib.
Ata Aydın Məmmədov isə bir neçə gün onlarda olan nəvəsini dünən rayona göndəribmiş.