İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas İngiltrə Kubokunun 1/32 finalında "Nottingem Forest" (2:0) ilə keçirilən vida matçında göz yaşlarına hakim ola bilməyib.
Bu, 31 yaşlı ispaniyalı üçün London klubunun tərkibində sonuncu oyunu olub.
Fabreqas "Barselona"dan "Çelsi"yə 2014-cü ilin yayında keçib. Cari mövsümdə xavbek Premyer Liqa oyunlarından 6-da iştirak edib.
Seskin karyerasını Fransa "Monako"sunda davam etdirəcəyi bildirilir. KİV-in məlumatına görə, ispaniyalı artıq komanda ilə müqavilənin şərtlərini razılaşdırıb. Müqavilə 2,5 ili – 2021-ci ilə qədər olan müddəti nəzərdə tutur. Bundan əlavə futbolçu 6 milyon avrodan çox həcmdə bonus alacaq.report