Türkiyə ilk milli aviabombanı – “MK-84” bombasını uğurlu şəkildə sınaqdan keçirib.
Oxu.Az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, sınaqlar Konya vilayətinin Karapınar rayonunda yerləşən HABRAS hərbi bazasında həyata keçirilib. Sınaqlara şəxsən Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank nəzarət edib.
Bir ton çəkili aviabomba səs sürətini aşaraq, şərti hədəfi - bir metr qalınlıqlı, dəmir armaturla bərkidilmiş beton istinadgahı dağıdıb.
Nazirliyin məlumatına əsasən, aviabomba 1850 km/saata qədər sürət yığıb.
Xatırladaq ki, bundan əvvəl Türkiyə ordusu 113 kiloqram çəkili bomba üçün miniatür başlığı sınaqdan keçirmişdi.