Sabirabadda 21 yaşlı qız evdə ölü tapılıb
13:00 - 21 Dekabr 2018 - HADİSƏ
Sabirabad rayonunda 21 yaşlı qız ölüb.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dekabr ayının 20-də, axşam saatlarında baş verib.
Saatlı rayonunun Fətəli kəndində qeydiyyatda olan, 1997-ci il təvəllüdlü Mahmudova Xəyalə İnşallah qızının Sabirabad rayonunda yaşadığı evdə müəmmalı səbəbdən qəfil halı pisləşib.
X.Mahmudova evdə dünyasını dəyişib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.