İsmayıllıda 38 yaşlı kişi dəm qazından öldü

22:00 - 19 Dekabr 2018 - HADİSƏ

İsmayıllıda 38 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ələsgərov Habil İnqilab oğlu axşam saatlarında hamam otağında olarkən dəm qazından boğulub. O, kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən hamam otağına dolan dəm qazından zəhərlənib.

Ailə üzvləri hadisədən gec xəbər tutublar. Evə çağırılan Təcili Tibbi Yardım briqadası H. Ələsgərovun zəhərlənmə nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Hadisənin səbəbləri araşdırlır.

Xəbər xətti