Şəmkirdə istehsalat qəzası nəticəsində bir nəfər ölüb.
Şəmkir Subartezian Quyuların İstismarı İdarəsinin əməkdaşları rayon ərazisində artezian quyusunu təmir edən zaman metal boru həmin qurumun işçisi Dəllər Zəyəm kənd sakini 1977-ci il təvəllüdlü Çingiz Məmmədovun üzərinə düşüb.
Ağır bədən xəsarəti alan Ç. Məmmədova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.