Gəncədə usta ehtiyatsızlıq nəticəsində ölüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.
Yaşayış binasının dam örtüyünün yenilənməsi işi ilə məşğul olan 1984-cü il təvəllüdlü Hacıyev Elxan Misir oğlu hündürlükdən yıxılıb. Ağır bədən xəsarəti alan usta yerindəcə ölüb.
Faktla bağlı hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.