Lənkəran sakini balıq tutarkən çayda boğulub

12:10 - 11 Dekabr 2018 - HADİSƏ

 Lənkəranda 52 yaşlı kişi balıq tutarkən çayda boğulub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Lüvəsər kənd sakini Valeh Fəyaz oğlu Nəsirov dünən günorta saatlarında evdən çıxıb, lakin evə qayıtmayıb. Ailə üzvləri narahat olduqları üçün aidiyyati qurumlara məlumat veriblər. Sonradan onun çaya balıq ovuna getdiyi məlum olub. Bu gün səhər saatlarında çayın kənarında V.Nəsirova məxsus balıq ovlamaq üçün istifadə etdiyi tilov aşkar edilib. FHN-in Dövlət Sularda Xilasetmə Xidməti əməkdaşları tərəfindən V.Nəsirovun meyidi sudan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.
İlkin məlumata görə V.Nəsirov ehtiyatsızlıqdan çaya yıxılıb və qıcolma səbəbindən suda boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti