Sumqayıt şəhərində gənc oğlan özünü yaşadığı evdə asıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, şəhər sakini, 1997-ci il təvəllüdlü Murad İlqar oğlu Qədiməliyev yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun meyiti muayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.