Rusiyada azərbaycanlı iş adamı intihar edib
22:58 - 10 Dekabr 2018 - HADİSƏ
Rusiyada azərbaycanlı iş adamı intihar edib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1972-ci ildə Zaqatala rayonu Yuxarı Talakəndində anadan olmuş, Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yaşamış Nüsrət Niyaz oğlu Qırtımov özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Yaxınlarının “Report”a verdiyi məlumata görə, N.Qırtımov bu gün yaşadığı Kazan şəhərində torpağa tapşırılıb.
Qeyd edək ki, N.Qırtımov Kazanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.