Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.
Hadisə şəhərin “Alüminumçular bağ massivi” adlanan ərazisində baş verib. 1984-cü il təvəllüdlü Əhmədov Zərifə Qulu qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb. Məlumata görə, 4 uşaq anası olan Z. Əhmədova yaxının toy şənliyinə hazırlaşırmış.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.qafqazinfo