Bərdə rayonunda avtomobil qəflətən yolun hərəkət hissəsinə çıxan qoyun sürüsünü vurub.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bərdə rayonunun Lək kəndi ərazisində qeydə alınıb. Hadisəni rayon sakini Faxı Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə törədib. Nəticədə 15 baş heyvan tələf olub.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.