Şəkidə 28 yaşlı qadın bıçaq xəsarəti alıb
08:48 - 7 Dekabr 2018 - HADİSƏ
Şəkidə 28 yaşlı qadın ehtiyatsızlıq nəticəsində xəsarət alıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, gecə saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına bıçaq yarası ilə Şəki şəhər Calğalıbulaq küçə sakini 1990-cı il təvəllüdlü Tehranə Tehran qızı Süleymanova daxil olub. Müayinə zamanı xəstəyə qarın boşluğunun sağ aşağı pay hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Xəstəxanadan "Report"a bildirilib ki, 28 yaşlı T.Süleymanova ehtiyatsızlıqdan xəsarət aldığını bildirib. T.Süleymanova qeyd edib ki, evdə övladı yıxılan zaman onu tutmaq istəyib və bu zaman əlindəki bıçaq qadının qarın nahiyəsinə batıb.