İngiltərə Premyer Liqasının XV turunun mərkəzi oyunu olan “Mançester Yunayted” – “Arsenal” görüşü bol qollu (2:2) olması ilə yanaşı, gərginliyi ilə seçilib.
Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, 87-ci dəqiqədə “Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Felaininin rəqibin fransalı oyunçusu Mateo Qenduziyə qarşı hərəkəti görənləri şoka salıb.
Belə ki, Belçika millisinin Mərakeş əsilli futbolçusu 19 yaşlı Qenduziyə sürətdə uduzduğundan, onun saçından tutub çəkməli olub. Maraqlıdır ki, görüşün baş hakimi Andre Mariner oyunu saxlasa da, ona heç bir sarı vərəqə verməyib.
Qeyd edək ki, Maruan Felaini son günlərədək Mateo Qenduzi kimi, pırpız saçları ilə məşhur olub. O, noyabrın 22-də 31 yaşının tamam olması münasibətilə saçlarını kəsdirib.