Salyanda ağır yol qəzası: 1 nəfər ölüb, 4 yaralı

15:01 - 4 Dekabr 2018 - HADİSƏ

Salyan rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 67-ci kilometrliyində qeydə alınıb.  Belə ki, Lerik rayon sakini, 1992-ci il təvəllüdlü Pərviz Alim oğlu Quliyev idarə etdiyi “Nissan” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən yük maşınına çırpılıb. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Diniyev Adil Həmid oğlu hadisə yerində dünyasını dəyişib. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan “Nissan”ın sürücüsü və avtomobildə olan  sərnişinlər - 1999-cu il təvəllüdlü Dinili Nisə Adil qızı, 1967-ci il təvəllüdlü Quliyeva Zinət Həmid qızı, 1967-ci il təvəllüdlü Fətullayeva Gülnaz Fənhəm qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti