Bakıda 20 yaşlı qız itkin düşüb.
Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 8Ş, mənzil 296-da yaşayan Rüstəmova Aynur Nurəddin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 30-da səhər saatlarında idman zalında qeydiyyat şöbəsində işləyən qızı, 1998-ci il təvəllüdlü Məmmədova Müjgan Eldar qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.