Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb. Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğundə araşdırma aparılır.