“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo növbəti dəfə hərəkəti ilə diqqət mərkəzinə düşüb.
Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Yanq Boyz”u məğlub etdikləri görüşün 90+1-ci dəqiqəsində vurulan qələbə qolunu çox çılğın şəkildə qeyd edib. O, sevincindən su qablarını təpikləyib.
Xatırladaq ki, "MY" "Yanq Boyz"u məğlub edərək, növbəti mərhələyə yüksəlib.