BNA: Videoda olan məsələyə görə DYP sürücünü cərimələməlidir”
Sosial şəbəkə istifadəçisi 133 nömrəli avtobusu idarə edən sürücünün qaydalara zidd olaraq sükan arxasında pul sayıb, telefonla danışması ilə bağlı görüntü paylaşıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sərnişinin sözlərinə görə, həmçinin, avtobus dolu olduğu üçün qapıları açıq vəziyyətdə hərəkət edib.
Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bu, narahatlıq yaradan məsələdir və dərhal tədbir görülməsi ilə bağlı daşıyıcıya xəbərdarlıq ediləcək:
“Bu sürücüləri BNA işə götürmür və biz ona maaş vermirik. Bütün bunları daşıyıcı edir. Və bu videoda olan məsələyə görə DYP sürücünü cərimələməlidir”.