Bakıda həyat yoldaşından ayrılan kişi özünü asıb

12:34 - 21 Noyabr 2018 - HADİSƏ

Bakı sakini intihar edib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan 1972-ci il təvəllüdlü Xasayev Yaşar Kamal oğlu özünü həyətin darvazasından asıb. İntiharın dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.

İlkin araşdırma zamanı məlum olub ki, Y.Xasayev bir müddət öncə həyat yoldaşından ayrılıb və tək yaşamağa başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti