Şirvan şəhər sakini özünü bıçaqlayıb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, 1950-ci il təvəllüdlü Məmmədov Aydın Bulud oğlu yaşadığı evdə bıçaqla özünə xəsarət yetirib. Ağır xəsarət alan yaralı Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.