Heydər Əliyev prospektində piyada vurulub

15:37 - 19 Noyabr 2018 - HADİSƏ

Heydər Əliyev prospektində piyada vurulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 18-də saat 3 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Xəyal Qayıbov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Elçin İslamovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti