Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya edilib

15:12 - 19 Noyabr 2018 - Xəbər

Türkiyədə dələduzluqda, saxta sənədlər hazırlamaqda təqsirləndirilən Ulluqçu Yaverin öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, U.Yavər Türkiyəyə ekstradisiya edilib.
Ulluqçu 2006-cı ildə Türkiyədə dələduzluqda, saxta sənəd düzəltməkdə, maşınların  motorundan nömrələri dəyişdirərək onları satmaqda ittiham edilib.

Qeyd edək ki, Türkiyə vətəndaşı Ulluqçu Yavər bu il Bakının Səbail rayonunda saxlanılıb. Məlum olub ki, o, öz ölkəsində cinayət törədərək Azərbaycana qaçıb.oxu.az

Xəbər xətti