İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 67 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində 69 cəsədi, o cümlədən dağıntılar altından çıxarılan daha əvvəl həlak olmuş iki nəfərin qalıqları da daxil olmaqla, Qəzza zolağındakı xəstəxanalara çatdırılıb. 221 yaralı da təhvil verilib.
Səhiyyə Nazirliyinin son məlumatlarına görə, martın 18-dən bəri İsrail Müdafiə Qüvvələrinin hərəkətləri 5401-dən çox insanın ölümünə, 18 mindən çoxunun yaralanmasına səbəb olub.
2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən indiyədək qurbanların ümumi sayı 55 706 nəfərdir, 130 101 nəfər yaralanıb.