Ağcabədidə icazəsiz ova cəhd edən şəxslər saxlanılıb

15:09 - 19 Noyabr 2018 - Xəbər

 Ekologiya və Təbii Sərvətlər Nazirliyin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Mehmangöl adlanan ərazidə keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb.

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Kürdəmir rayon sakini Elşad Məmmədov və Bakı şəhər sakinləri Elşad Güllərov, Əlabbas Hüseynov olduğu müəyyən edilib. Onlardan 3 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq olunub.

Xəbər xətti