Bakıda qəza törədən avtobus sürücüsü ölüb

14:17 - 19 Noyabr 2018 - HADİSƏ

Bakıda marşrut avtobusu qəza törədib.   

 Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.

Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.

Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti