Şamaxıda 59 yaşlı fəhlə yüksəklikdən yıxılaraq dünyasını dəyişib.
Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Göylər kəndində qeydə alınıb. Kənd sakini, 1959-cu il təvəllüdlü Qarayev Tarix Mustafa oğlu usta işlədiyi evin 2-ci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. O, yaxınları tərəfindən ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı Qarayevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi açılıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır.