Çeçenistanın rəhbəri Ramzan Kadırov 5 yaşlı çeçen Rəhim Kuriyevə “Mercedes” markalı avtomobil bağışlayıb.
Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Rəhim Kuriyev 2 saat 26 dəqiqədə 4105 jim vurmuşdu. Çeçenistanın idman naziri Musa Xanakirov da Rəhim barədə məlumat verib. Nazir bildirib ki, Rəhim fasiləsiz olaraq 2 saat 26 dəqiqəyə 4105 jim vurub. Amma “Ginnesin Rekordlar Kitabı” bunu rəsmi olaraq qeydə almayıb. Kadırov isə bildirib ki, Rəhim rekordunu yenidən nümayiş etdirəcək: “Ümid edirəm ki, komissiya üzvlərinin bu jimləri saymağa səbri çatacaq”.
Kadırov 5 yaşlı uşaqla görüşündə deyib:
“Bu maşını sənə Əhməd Hacı Kadırov xeyriyyə fondunun prezidenti Aymani Kadırova adından sənə verirəm. Bundan sonra atan səni bu maşınla gəzdirsin. Sən ağ “Mercedes”də gəzməyə layiqsən”.
Rəhim isə deyib ki, 5 min jim vura bilər. Uşaq bacarığını maşının kapotu üzərində nümayiş etdirib.