Ukraynalı rok-musiqiçinin konsert zamanı göstərdiyi canfəşanlığa Lutsk şəhərindəki səhnənin döşəməsi dözməyib.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, nəticədə ifaçı döşəmənin altına yıxılıb. Xidməti personalın yardımı ilə səhnəyə qayıdan musiqiçi çıxışını davam etdirib. Sözügedən xoşagəlməz hadisə “Fiolet” qrupunun solisti Sergey Martınyukun konserti zamanı baş verib.