Milli.Az The Sun-a istinadla bildirir ki, kadrlarda helikopterin yüksəyə qalxandan sonra qəflətən fırlanmağa başlayaraq yerə düşdüyü aydın görünür. Helikopterin quyruq vinti sıradan çıxdığına görə qəza baş verib. Qəzada Viçay Şrivaddanaprabha, onun köməkçiləri Nursara Suknamay və Kaveporn Punpare, İzabella Roza Lexoviç və pilot Erik Şvaffer həlak olublar. Yanğınsöndürənlər avtomobil dayanacağının yaxınlığına düşən helikopteri 20 dəqiqəyə söndürüblər.