Zərdabda 3 aylıq körpəsini də götürüb ər evindən qaçan 19 yaşlı Hacıyeva Aynaz Elşən qızı tapılaraq "Səni axtarıram" proqramına gətirilib.
Ucnoqta.az Milli.az-a istinadən xəbər verir ki, Salyanda anasının sevgilisinin evində aşkar edilən Aynaz studiaya tək gəlməyib. 3 aylıq körpəsi ilə efirə çıxan 19 yaşlı gəlini anası Leyla adlı qadın verilişə tək buraxmayıb.
Qızının daha o evə qayıtmayacağını bildirən Leylanın sözlərini Aynaz da təsdiq edərək, yenidən ora qayıtmamağı seçib.
Qarşısında diz çökən qayınanasının yalvarışlarına məhəl qoymayan Aynaz, körpə qızını da götürərək doğma anası ilə studiayanı tərk edib. Əri hərbi xidmətdə olan Aynazın bu qərarı studiyadakılara şok effekti yaşadıb.
Qeyd edək ki, Aynazın anası öz evindən əri tərəfindən "pis yolun yolçusu" olduğu üçün qovulub. O, hal-hazırda bir oğlanla yaşayır.