Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev küçəsində olub.
Belə ki, 1997-ci il təvəllüdlü Aydan Hətəmova əri, 1993-cü il təvəllüdlü Rəhman Cəfərov tərəfindən bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hazırda vəziyyəti orta-ağırdır.
Rəhman Cəfərov polisə təslim olub. O, ilkin ifadəsində cinayəti etiraf edib və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Cütlüyün iki uşağı var.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb.