Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qısqanc ər arvadını qətlə yetirdi - <font color=red><b>Foto</b></font>

11:34 - 8 Sentyabr 2018 tarixində dərc olunub.

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev küçəsində olub.

Belə ki, 1997-ci il təvəllüdlü Aydan Hətəmova əri, 1993-cü il təvəllüdlü Rəhman Cəfərov tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hazırda vəziyyəti orta-ağırdır.

Rəhman Cəfərov polisə təslim olub. O, ilkin ifadəsində cinayəti etiraf edib və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Cütlüyün iki uşağı var.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb.

Müəllif: