Mingəçevir su anbarında və Kürdə iki nəfər batıb

13:10 - 6 Sentyabr 2018 - HADİSƏ

FHN batan şəxslərin axtarışları ilə bağlı məlumat yayıb

Mingəçevir su anbarında (nəzarətsiz ərazi) avqustun 29-d batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun və Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları davam edir.
FHN-dən verilən məlumata görə, axtarışlara nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin "Mi-17-1V" helikopteri, Gəncə Regional Mərkəzinin şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Xəbər xətti