Bakıdakı təhsil mərkəzində ölüm hadisəsi baş verib.
Hadisə Xətai rayonunda yerləşən Xabad-Or-Avner təhsil mərkəzində qeydə alınıb. Məktəbin mühafizəçisi 1968-ci il təvəllüdlü Baloğlan Muradzadənin meyiti məktəbin sanitar qovşağında aşkar edilib.
Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.
Qeyd edək ki, Xabad-Or-Avner təhsil mərkəzində yəhudi uşaqlar təhsil alır.report