Bakı sakinini qatar vurub öldürdü

10:00 - 4 Sentyabr 2018 - HADİSƏ

Bakıda dəmir yolu xəttində ölümlə nəticələnən qəza baş verib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 3-də saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Biləcəri-Keşlə dəmir yolu xətttinin 265-ci kilometrliyində dəmir yolunun piyadalar üçün keçid müəyyən olunmayan hissəsindən keçmək istəyən Hüseynov Allahverdi Mütəllim oğlu Biləcəri Lokomotiv Deposuna məxsus 25-29 saylı elektrovozla vurulub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Fakta bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xəbər xətti