Avqustun 30-da Cəlilabad rayon sakini Firuzə Əsgərovanın Ocaqlı kəndindəki evində onun və qızı Sənubərin üzərində zorakılıq əlamətləri olan meyitləri tapılıb.
DİN-dən verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Yaşar Bayramov tutulub.