Ağsu rayonunun Dilman kəndində bələdiyyəyə məxsus ərazidə 80 ha sahədə quru ot və kol-kos yanıb.
FHN-dən verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, Ağsu Rayon İcra Hakimiyyətinin müvafiq texnikası və yerli sakinlər cəlb olunub. Yaxınlıqdakı meşə zolağı və tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.