Biləsuvarda 38 yaşlı kişi intihar edib

10:20 - 1 Sentyabr 2018 - HADİSƏ

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Həmidov Mais Əlipənah oğlu yaşadığı evin həyətindəki tövlədən özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti