Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə avqustun 31-i gecə saat 03 radələrində paytaxtın Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Usub oğlu Sadıqov yaşadığı binanın girişində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə Kkiniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.trend