Bakıda orta məktəbdən kompyuter avadanlıqları oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi və Pirallahı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 29-na keçən gecə Nərimanov rayonu ərazisindəki orta məktəblərdən birinin zirzəmisindən 1650 manat dəyərində kompyuter avadanlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Dadaşov və Aqil Mustafayev Pirallahı rayonunun ərazisində saxlanılıb.