Bakıda naməlum avtomobil piyadanı vuraraq qaçıb.
Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. R.Bağırov küçəsi, 15 saylı binanın qarşısında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyeva Röya İbrahim qızı hələ ki markası müəyyənləşdirilməyən avtomobillə vurulub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.trend