Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Qullar kəndində baş verib. Bərdənin Uğurbəyli kənd sakini, 1995-ci il təvəllüdlü Fərhad Rafiq oğlu Hüseynov Qullar kəndində xalası oğlu Şamı Aslanovun evinə qonaq gəlib. O, həmin evdə Qullar kənd sakini, 1996-cı il təvəllüdlü Orxan Yaşar oğlu Salmanovla mübahisə edib və mübahisə nəticəsində O.Salmanovu bıçaqlayıb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.