Bakıda evdən pul oğurlayan xadimə tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisindəki evlərin birindəki seyfdən 1000 manat pul oğurlamaqda şübhəli bilinən, həmin mənzildə xadimə işləyən Bakı şəhər sakini Könül Tağıyeva saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.