Bakıda ərəbin pulunu oğurlayan iki nəfər saxlanılıb

14:21 - 24 Avqust 2018 - HADİSƏ

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də əcnəbi vətəndaş Mohamed Abdulla Ahmed Ali Al-Alinin rayon ərazisində kirayədə yaşadığı evdən 300 dirhəm (138 manat) pul oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Rafik Cəlilov və Bakı şəhər sakini Roman Lyaxov saxlanılıblar.

Xəbər xətti