Gəncədə ər arvadını və qayınatasını qətlə yetirib

09:30 - 18 Avqust 2018 - HADİSƏ

Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Bağmanlar küçəsi, birinci döngə, ev 1-də baş verib. 1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Bildirilir ki, cinayəti törədən M.Məmmədov hadisə yerindən qaçıb. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. İlkin məlumata görə, ötən gün M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsində olublar. Lakin təyin edilən məhkəmə prosesi təxirə salınıb. Qətlə yetirilən Namiq Əkbərov həkim olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti