Paytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 11-də saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində Gəncə şəhər sakini Qoca İsmayılov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarında dayanmış Şərur rayon sakini Tural Cabbarova məxsus “Azsamand” markalı avtomobilə vurub və nəticədə Q.İsmayılov hadisə yerində ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.