Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 8-də rayon ərazisindəki fermaların birindən 10 baş inək oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri - Masallı şəhər sakinləri Namiq Rəhimov və Məhəmmədəjan Tağıyev saxlanılıb.
DİN-dən verilən məlumata görə, N.Rəhimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 nəfərlə birlikdə avqustun 8-də rayon ərazisindəki süni göllərin birindən 20 000 ədəd zəli, habelə 2 rayon sakininə məxsus 2 baş inəyi oğurlamaları da müəyyən edilib.